Müştəriyə dəstək üzrə təcrübəçi vakansiyası

"JOEL MMC” Müştəriyə dəstək üzrə təcrübəçi (#customersupportintern ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  
                         
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:
                     
1. Sorğuların izlənilməsi – Müştəri və ya İstifadəçi sorğuları üçün bilet sisteminin idarə edilməsi, xidmət prosesinin tələbi olaraq telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə əlaqənin saxlanması, Müştərilərdən gələn zənglərin cavablandırılması və yaranan məsələlərlə bağlı köməkliyin göstərilməsi;
2. Masa işi – Müştəri ilə əlaqə üçün gündəlik olaraq Şirkətin CRM sistemi üzərində işin aparılması və CRM sisteminin zəng mərkəzi işçisi kimi fəaliyyət göstərilməsi;
3. Əlaqələrin idarə edilməsi – Müştərilər üçün ardıcıl olaraq əlaqə məlumatlarının qeyd edilməsi ;
4. Sorğu qeydiyyatının aparılması – Müştəri sorğularının qeydiyyatının aparılması, həm Müştəriyə, həm də İstifadəçiyə Şirkət məhsulundan (platformasından) istifadə etməklə köməkliyin göstərilməsi;
5. Problemlərin həll edilməsi – Müştərilərə və ya İstifadəçilərə zəng mərkəzi vasitəsilə qəbul edilən sorğulara əsasən tələb olunduğunda problemlərin həlli yollarının təqdim edilməsi;
6. Qeydlərin saxlanması – təhlil üçün zənglərin qeydə alınması.
                                              
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 - 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az