Müştərilərlə əlaqələr üzrə nümayəndə vakansiyası

"JOEL MMC” Müştərilərlə əlaqələr üzrə nümayəndə (#customerrelationshipmanagement ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  
                         
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı
Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:
                     
1. Müştərilərlə ünsiyyətin qurulması – xidmət prosesi tələbi çərçivəsində telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə mütəmadi əlaqənin saxlanması, Müştərilərdən daxil olan zənglərin cavablandırılması və yaranan çətinliklərlə bağlı dəstəyin təmin olunması;
2. Profilin idarə edilməsi – müvafiq məlumatları daxil etməklə və ya yaranan problemləri həll etməklə Müştəri hesabının idarə edilməsi;
3. Aktivliyin qeyd edilməsi – Müştəri sorğularının qeyd edilməsi və iş tamamlanana qədər dəstək xidmətinin monitorinqinin həyata keçirilməsi, Müştərinin qaldırdığı məsələlərlə bağlı tam dəstək xidmətinin təmin edilməsi;
4. Rəylərin idarə edilməsi - Müştəri məhsulları ilə bağlı rəylərin idarə edilməsi və CRM sisteminə daxil edilməsi;
5. Tarixçənin nəzərdən keçirilməsi – Müştərilərlə əlaqə tarixçəsinin nəzərdən keçirilməsi və fəaliyyət tarixçəsinin izlənilməsi;
6.Məlumatların təhlil edilməsi – Şirkətin təqdim etdiyi platformada Müştəri hesablarının axınının təhlil edilməsi və abunəlikdəki dəyişikliklərin izlənilməsi, digər şöbələrlə mütəmadi koordinasiyanın təmin edilməsi.
                                           
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 - 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az