Şənbə, 2 Avqust, 2025

Kontent tərtibatı üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 13 İyun, 2023 - 16:05
Kontent tərtibatı üzrə mütəxəssis  vakansiyası

"JOEL MMC” Kontent tərtibatı üzrə mütəxəssis (#contentcreator ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  
                         
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı
Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:
                     
1. Şəkillərin çəkilməsi – Şirkətin avadanlıqlarından istifadə edərək Müştəri məhsullarına aid yüksək keyfiyyətli şəkillərin çəkilməsi;
2. Şəkillərin yüklənməsi və sazlanması – çəkilmiş şəkillərin CRM sistemində Müştəri hesabına yüklənməsi;
3. Şəkil keyfiyyətinin təmin olunması – çəkilmiş şəkillərin işıqlandırma, kompozisiya və fon da daxil olmaqla (bununla məhdudlaşmayaraq) Şirkətin tələblərinə və təlimatlarına uyğun olmasının təmin olunması;
4. Fotosessiyaların planlaşdırılması – Müştəri sorğu və uyğunluğuna əsasən fotosessiyaları planlaşdırmaq və prioritetləşdirmək üçün satış komanda üzvləri ilə mütəmadi komunikasiyanın qurulması;
5. İzlənilmənin təmin edilməsi – bütün fotosessiyaların dəqiq qeydlərinin aparılması, bütün şəkillərin Şirkətin Nömrələnmə proseduruna uyğun olaraq nömrələnməsinin və müvafiq server qovluğunda saxlanmasının təmin edilməsi;
6. Şəkillərin redaktə edilməsi - Şirkət və Müştəri tələblərinə uyğun olaraq ehtiyac yarandıqda şəkillərin redaktə edilməsi;
7. Avadanlıqların texniki qulluğu – fotosessiyalar üçün Şirkət avadanlıq və aksesuarlarının hazır vəziyyətə gətirilməsi və işlək vəziyyətdə saxlanmasının təmin edilməsi.
                                              
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 - 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5402
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 882
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 311
“İnnovativ məktəb” l...