Agentlik Çağrı mərkəzi xidmətinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidmətinə həkim mütəxəssis vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali tibb təhsili;
- Təcrübə: Həkim, həkim koordinator və ya həkim ekspert kimi minimum 2 il iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik, komanda işi;
- Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri:
- Mürəkkəb, birbaşa təmsilçi tərəfindən cavablandırılması mümkün olmayan, araşdırılması tələb olunan şifahi müraciətlərin təhlili;
- Əks əlaqə saxlamaqla müraciətlərin düzgün, tam və açıq cavablandırılmasının təmin olunması;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Müraciət vərəqinin hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi;
- İş vaxtı: 09:00-18:00 (istirahət günləri şənbə-bazar);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
CV-lərinizi [email protected] email ünvanına göndərə bilərsiniz
Vakansiyaya son müraciət tarixi: 06 fevral 2025-ci il tarixi;
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur