Çərşənbə axşamı, 15 İyul, 2025

İşə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı


  • Dərc edildi: 2 Oktyabr, 2023 - 11:45
İşə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı

Oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə işə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir.

Adaptasiya proqramının məqsədi işə yeni başlayan müəllimlərin iş mühiti və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdır.

Proqramın müddəti 2 ay nəzərdə tutulub və 2 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə “MS Teams” platforması vasitəsilə 9 təlimin keçirilməsi nəzərdə tutulub. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri və təlimçilər tərəfindən keçiləcək təlimlərə “Öyrədici mühitin yaradılması”, “Məktəbdaxili qiymətləndirmə”, “Məktəbdaxili sənədləşmə işi”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “İnsanlar necə öyrənirlər?”, “Dərs prosesinin təkmilləşdirilməsi”, “Şagirdlərin tanınması və şəxsiyyətin müəyyən olunması” kimi mövzular daxildir.

İkinci mərhələdə agma.az paltformasında 10-12 kursun 1 ay ərzində onlayn olaraq tamamlanması planlaşdırılır.

İştirak üçün son qeydiyyat tarixi 10 oktyabr nəzərdə tutulub.

Adaptasiya proqramında iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://lnkd.in/dD3PgDJR

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 101
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 312
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4931
Yeni məzunlar üçün I...