Astaranın kənd məktəbində şagirdlər üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə təlimlər keçirilir

Astaranın kənd məktəbində şagirdlər üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə təlimlər keçirilir 

 

Məlumdur ki, 2024-cü il Cənab Prezident İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. 

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. 

Bu istiqamətdə ölkəmizdə çoxlu fəaliyyətlər həyata keçirilməkdədir. 

 

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan Kənd şagirdləri üçün alternativ və bərpa olunan enerji mənbələri qurğularının qrafik prototiplərinin hazırlanması və qurğularla iş üzrə təlimlər layihəsi də hazırda uğurla icra olunur. Layihə Astara rayonu Vaqo kənd tam orta məktəbində icra edilir. 

Layihə rəhbəri Qumru Hüseynova bildirdi ki, layihə çərçivəsində iştirakçı şagirdlərə alternativ və bərpa olunan enerji mənbələri qurğularının prototiplərinin hazırlanması üzrə həm nəzəri, həm də praktiki dərslər keçirilir. 

Layihənin məqsədi kənd şagirdləri üçün alternativ və bərpa olunan enerji mənbələri qurğularının qrafik prototiplərinin hazırlanması və qurğularla iş üzrə təlimlər keçirərərək onların bilik və bacarıqlarının artırılmasıdır. 

Peşəkar təlimçilər N.Tarverdiyev, H.Əlizadə tərəfindən keçirilən təlimlərin nəticələrinin praktiki olaraq izlənilməsi məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. 

İştirakçı şagirdlər bərpaolunan enerji növləri, külək enerjisii, günəş enerjisi, hidroenergetika, geotermal energetika üzrə biliklər qazanırlar. Həmçinin onlar alternativ və bərpa olunan enerji mənbələri qurğularının prototiplərinin hazırlanması üzrə qrafik bacarıqlar qazanıblar. 

Bundan sonra şagirdlər bu təlimçilərlə birgə alternativ və bərpa olunan enerji qurğularını hazırlayıblar, onların hər biri qurğular üzərində parktiki olaraq işləməyi öyrəniblər.

Onlara məlumat verilir ki, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. 

Həmçinin şagirdlərə bildirilir ki, günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. 

Məlumat üçün qeyd edək ki, layihə cari tədris ilinin aprel ayında yekunlaşdırılacaq.  

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az