Cümə axşamı, 31 İyul, 2025

Məzunlar üçün “Sabahın Gücü” istedadların inkişafı proqramı


  • Dərc edildi: 20 Dekabr, 2022 - 15:44
Məzunlar üçün “Sabahın Gücü” istedadların inkişafı proqramı

“Sabahın Gücü” İnkişaf Proqramı

Regionun ən böyük sənaye parkı olan STP Şirkətlər Qrupu mühəndislik, mexanika və sənaye istehsalı ilə bağlı digər ixtisaslar üzrə təhsil almış potensiallı gənc, həvəsli və iddialı məzunları “Sabahın Gücü” istedadların inkişafı proqramına dəvət edir.
Proqram iş yerində öyrənərək təcrübə qazanmaq istəyən, təhsil müəssisəni bitirmiş məzunlar və ya maksimum bir il iş təcrübəsinə malik namizədlər üçün geniş imkanlar təqdim edir. Proqramımızın məqsədi iştirakçıları bir il ərzində tədris prosesinə cəlb etməklə istehsalatla daha yaxından tanış etməkdir.
Aşağıdakı vəzifələr üzrə istedadlı gəncləri proqrama qatılmağa dəvət edirik:
-  Elektriklər
-  Qaynaqçılar
-  Torna dəzgahlarının operatorları
-  Boru düzəldən texniklər
-  Mühəndislər
 
Proqramın birinci ili tədris yönümlü olub, müvafiq ixtisaslar üzrə xarici mütəxəsislərin iştirakı ilə nəzəri biliklərin təkmilləşdirilməsindən ibarət olacaqdır. Xarici mütəxəssilərlə təcrübə mübadiləsi proqrama cəlb ediləcək şəxslərə öz sahələri üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək imkanı yaradacaqdır.
Müraciət üçün əsas tələblərimiz:
-  Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsin bitirmiş olmalı;
-  Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür;
-  Maximum bir il sahə üzrə iş təcrübəsi olan – yeni məzunlar;
-  Yaxşı səviyyədə İngilis dili biliyi;
-  Etibarlılıq və dürüstlük nümayiş etdirməli;
-  Yeni biliklər öyrənməyə açıq olmalıdır.
 
Proqrama müraciət etmək üçün https://stpcareer.com/ saytımıza daxil olaraq qeydiyyatdan keçməlisiniz.
 STP MMC daima gənc potensiallarla yeni uğurlara doğru addımlamaqdan qürur duyur! 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 272
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 872
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 756
Azərbaycan Texnologi...