Çərşənbə axşamı, 1 İyul, 2025

YARAT Film Klub: "Orkestrin məşqi"


  • Dərc edildi: 15 Avqust, 2022 - 18:41
YARAT Film Klub: "Orkestrin məşqi"

YARAT Film Klubu çərçivəsində italiyalı rejissor Federiko Fellininin psevdosənədli film üslubunda lentə aldığı "Orkestrin məşqi" filminin nümayişi keçiriləcək.

Nümayişdən sonra, Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) idarə heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə "Kino və psixoanaliz" mövzusunda açıq müzakirə olacaq.

Simfonik orkestrin məşqindən əvvəl musiqiçilər qəfil gələn televiziya çəkiliş qrupuna müsahibə verirlər. Dirijor zala daxil olur və məşq başlayır. Dirijorun tələbkarlığı, iradları musiqiçilərin narazılığına səbəb olur və bayaq ruh yüksəkliyi ilə musiqi haqqında ürək sözlərini deyən insanlar bir anda məhvedici qüvvəyə, coşqun üsyançılara çevrilirlər...

Nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçirilir.

Müddət: 70 dəq.
Dil: İtalyan və alman, Azərbaycan dilində alt yazıları ilə

Tarix: 20 avqust, 20:00
Yaş məhdudiyyəti: 12+
Yerlərin sayı məhduddur
Məkan: ARTIM Layihə Məkanı

Qeydiyyat linki: https://cutt.ly/wXs4Vd0
COVID pasportunun olması mütləqdir

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 29
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 16
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...