Bazar, 8 İyun, 2025

“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir


  • Dərc edildi: 6 Fevral, 2023 - 16:57
“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir

 

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2023-cü il üzrə ilk təcrübə proqramını elan edir.

Təşkilatın Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, təcrübə proqramında proqramında iştirak etmək istəyən gənclər ictimaiyyətlə əlaqələr, layihələrlə iş, beynəlxalq əlaqələr, üzvlərlə iş, mərkəzlərlə iş, regionlarla iş, təhsil və təlim, gənclərlə iş, sosial iş istiqamətləri üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-24 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 10 fevral 2023-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3wVp4hw

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 144
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 326
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 89
Elm və təhsil naziri...