Cümə axşamı, 28 Avqust, 2025

“Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri” vakansiyası


  • Dərc edildi: 25 İyul, 2024 - 19:46
“Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri” vakansiyası

“Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri” vakansiyası

 

Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda böyüyən komandamıza peşəkar, məsuliyyətli “Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri” axtarışındayıq.

 

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq fəaliyyəti üzrə bazar araşdırması, rəqib analizi;
  • Marketinq kommunikasiyaları strategiyasının formalaşdırılmasında iştirak;
  • Yeni kommunikasiya kanallarının araşdırılması və inteqrasiyası;
  • Rəqəmsal kanallar vasitəsilə şirkət brendinin, xidmət və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Rəqəmsal marketinq strategiyasının və büdcənin hazırlanması, idarə edilməsi;
  • Kampaniyalar, həmçinin komanda fəaliyyəti ilə bağlı KPI-ların təyin və təqib edilməsi;
  • Təstiqlənmiş büdcə daxilində, satışın artırılmasına yönəlmiş rəqəmsal reklam kampaniyalarını yerləşdirilmək, optimallaşdırmaq, hədəflərə əsasən qiymətləndirmək (ROMI, ROAS, ROI və s.);
  • Saytın/saytların texniki təhlili, meta teqlər, açar sözlərin araşdırılması və link təhlili də daxil olmaqla SEO işlərinin həyata keçirilməsi;
  • GA4, Tag Manager və Optimization Pixels, Hotjar kimi veb analitika alətlərinin konfiqurasiyası;
  • Əməkdaşlıq üçün rəqəmsal, kreativ və media agentliklərinin araşdırılması, işlərin koordinasiyası;

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat, biznes, maliyyə üstünlükür);
  • Rəqəmsal marketinq sahəsində minimum 5 il, rəhbər pozisiyada 2 ildən az olmayan iş təcrübəsi;
  • Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, YouTube ads, SEO alətləri, Semrush, Ahrefs, Yandex Metrica, Google Search Console, HubSpot və s. istifadə bacarıqları;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • E-mail marketinqin aparılması üzrə təcrübə;
  • Tapşırıqların idarə olunması və CRM üzrə alət və proqramlarla işləmə bacarığı (Bitrix)
  • Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi;
  • Komandada işləmə, həmçinin sərbəst qərarvermə bacarığı;

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

     

CV-lərinizi [email protected] ünvanına "Rəqəmsal Marketinq üzrə Bölmə Rəhbəri" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 766
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 157
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7656
Sumqayıt Dövlət Univ...