Azərbaycan bölməsi üzrə bağça müəllimi vakansiyası
Müəssisə: İncəsənət və Bilim Mərkəzi
Vəzifə: Azərbaycan bölməsi üzrə bağça müəllimi
Namizəd üçün tələblər:
· Təhsil: Aidiyyati sahə üzrə ali və y aorta ixtisas təhsili
· Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə
· Yaş: 25-35
· Azərbaycan dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
· Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
· Aktivlik, ünsiyyətcillik, məsuliyyətlilik və yaradıcılıq
İş haqqında məlumat:
· Uşaqların təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
· Gündəlik planı hazırlamaq və tətbiq etmək;
· Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
· Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
· Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və pedaqoji iş aparmaq;
· Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması;
· Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
· Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
· Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
· Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.
İş qrafiki: Bağçanın fəaliyyəti qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Azərbaycan bölməsi üzrə bağça müəllimi” adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur