Azərbaycan Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 10 oktyabr – 02 dekabr tarixlərində “Intern Academy” təcrübə proqramının növbəti mərhələsi daha geniş miqyasda həyata keçiriləcəkdir. Proqramın əsas məqsədi dövlət qurumlarında və gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlarda öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarını artırmaq, onların gələcək fəaliyyətlərinə dəstək olmaqdan ibarətdir.
Təcrübə proqramı haqqında:
- Təcrübəçilər 10 oktyabr tarixindən etibarən 2 həftə ərzində keçiriləcək şəxsi və peşəkar inkişafla bağlı təlimlərə cəlb olunacaqdır;
- Təlimləri başa vurmuş iştirakçılar bir sıra dövlət qurumları və gənclər təşkilatlarında təcrübə keçəcəkdir;
- Proqramda 100 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur;
- Təcrübə proqramı müvafiq ixtisaslara uyğun bölgü üzrə “AR Gənclər və İdman Nazirliyi”, o cümlədən bir sıra digər mərkəzi icra hakimiyyəti orqanları olmaqla, “AR Gənclər Fondu”, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və İrəli İctimai Birliyində həyata keçiriləcəkdir.
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə müraciətlər qəbul olunur:
– Sosial iş (Gənclərlə iş);
– İnformasiya təhlükəsizliyi;
– Sosial və humanitar elmlər (ümumi);
– Hüquqşünaslıq;
– Maliyyə;
– Mülki aviasiya;
– Nəqliyyat;
– İqtisadiyyat;
– Dövlət və ictimai münasibətlər.
Təcrübə proqramına kimlər müraciət edə bilərlər?
- Əsasən yuxarıda qeyd olunan ixtisaslar üzrə bakalavr və ya magistr pillələrində təhsil alan tələbələr, həmçinin yeni məzunlar (son iki il ərzində) və 29 yaşadək olan Azərbaycan Respublikasının vətəndaşları;
- Bir neçə mövzu üzərində işləməyə və öyrənməyə hazır, bilik və bacarıqlarını artırmağa həvəsli şəxslər;
- Namizədlərin təhlil qabiliyyəti və xarici dil biliklərinin olması arzu ediləndir;
- Yuxarıda göstərilən tələblərə uyğun olan müraciətçilər müvafiq təşkilatlar tərəfindən müsahibəyə dəvət olunacaqlar. Müsahibədə müvəffəqiyyət qazanmış şəxslərə təcrübə proqramının başlamasına ən az 1 həftə qalmış məlumat veriləcəkdir və onlarla təcrübə müqaviləsi imzalanacaqdır.
Təcrübə proqramına necə müraciət etmək olar?
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər Gənclər Fondunun internet səhifəsində yerləşdirilən keçid vasitəsilə anket formasını dolduraraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 26 sentyabr, 2022-ci il
Müraciət forması
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur