Bazar, 1 İyun, 2025

Satış və marketinq üzrə Təcrübəçi (Assistent) vakansiyası


  • Dərc edildi: 17 Mart, 2025 - 22:53
Satış və marketinq üzrə Təcrübəçi (Assistent) vakansiyası

Şirkət: Puva İnşaat Tesisat Sanayi ve Ticaret Limited” şirkətinin AR-dakı Filialı
Şöbə: Satış
Vəzifə: Satış və marketinq üzrə Təcrübəçi (Assistent)


Müddət: 3-6 ay


Şirkət Haqqında


Puva İnşaat Tesisat Sanayi ve Ticaret Neft və Qaz, Su, Mülki Tikinti və İnşaat-Mühəndislik sahələrində fəaliyyət göstərən dinamik və sürətlə inkişaf edən bir şirkətdir. Satış şöbəmizə motivasiyalı və enerjili təcrübəçi axtarırıq. Bu, satış, müştəri əlaqələri və biznes inkişafı sahəsində dəyərli təcrübə qazanmaq istəyənlər üçün əla fürsətdir.
Əsas Vəzifələr
Satış üzrə təcrübəçi olaraq aşağıdakı işlərdə satış komandasına dəstək olacaqsınız:
Satış komandasına gündəlik inzibati işlərdə kömək etmək.
Təqdimatlar, təkliflər, sənədlər və satış materiallarının hazırlanmasında iştirak etmək.
Marketinq komandası ilə əməkdaşlıq edərək promosyon fəaliyyətlərinə dəstək vermək.
Logix ERP sistemini öyrənmək.

Tələblər və Bacarıqlar
İngilis dili biliyi
Biznes, Marketinq, Satış və ya əlaqəli sahələr üzrə təhsil almaq
Güclü ünsiyyət və interpersonal bacarıqlar
Müstəqil və komanda şəklində işləmə bacarığı
Microsoft Office (Excel, Word, PowerPoint) proqramlarında işləmək bacarığı
Satış və biznes inkişafı sahəsinə maraq və öyrənmək həvəsi


Biz Sizə Nə Təklif Edirik?


Satış mühitində praktik təcrübə
Təcrübəli satış mütəxəssislərindən mentorluq və rəhbərlik
Şəbəkələşmə imkanları və sənaye üzrə ən yaxşı təcrübələrə çıxış
Satış strategiyası, müştəri əlaqələri və bazar təhlili sahələrində dəyərli bacarıqlar əldə etmək
Maaş: 400 AZN
Təcrübə müddətini uğurla başa vuran namizədlər bizimlə çalışmağa davam edəcəklər
Müraciət Qaydası


Xahiş edirik CV-nizi [email protected] e-mail ünvanına göndərin və e-mailin mövzu hissəsində "Sales Intern Application - [Adınız]" yazın.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 124
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 177
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...