Çərşənbə, 2 İyul, 2025

Avropada ali təhsil imkanlarını Bakıda kəşf edin!


  • Dərc edildi: 28 Sentyabr, 2022 - 19:58
Avropada ali təhsil imkanlarını Bakıda kəşf edin!

Avropa İttifaqının maliyyələşdirdiyi “Study in Europe: Enhancing the attractiveness of European Higher Education” layihəsi çərçivəsində 2 oktyabrda Bakıda, Hilton hoteldə “Avropada təhsil” sərgisi təşkil olunacaq. Tədbirin açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko, Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Avropa İttifaqına üzv olan digər ölkələrin səfirliklərinin, eləcə də Azərbaycan Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

 

Sərginin məqsədi Avropada ali təhsil almaq istəyən azərbaycanlı gəncləri Avropada ali təhsil imkanları barədə məlumatlandırmaq, universitetlər və tələbə mobilliyi ilə məşğul olan milli təhsil agentlikləri ilə birbaşa görüşdürməkdir. Tədbirdə 10 ölkədən 20-dən çox ali təhsil müəssisəsi, dövlət agentliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi iştirak edəcək. Gənclərə Avropa ali təhsil sistemləri, universitetlər, təhsil və tədqiqat proqramları, təqaüdlər barədə ətraflı məlumat veriləcək, sualları ətraflı şəkildə cavablandırılacaq. 

 

Sərgidə iştirak edəcək ölkələr: Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa, İspaniya, İsveç, İtaliya, Macarıstan və Portuqaliya.

 

“Avropada təhsil” sərgisi müddətində hər bir ölkə ali təhsil sistemini, təhsil və təqaüd imkanlarını təqdim edəcək. Həmçinin Erasmus+ proqramının da ayrıca təqdimatla çıxışı olacaq.

 

Tədbir təşkilatçıları tələbələri, gənc tədqiqatçıları, universitet nümayəndələrini, orta məktəb şagirdlərini və onların valideynlərini, Avropada təhsil almaq istəyən hər kəsi 2 Oktyabrda saat 10:00-dan etibarən Hilton hoteldə olacaq “Avropada təhsil” sərgisinə qoşulmağa etməyə dəvət edir. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak pulsuzdur.

 

Daha detallı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: 

Sayt: https://www.studyineuropefairs.eu/exhibitions/detail/23/ 

FB: https://www.facebook.com/StudyInEurope.Welcome 

Instagram: https://www.instagram.com/studyineurope.welcome 

Tədbirin FB səhifəsi: https://fb.me/e/1Np8wWKbM

Qeydiyyat üçün link: https://studyineuropefairs.eu/exhibitions/register/23/   

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 227
Məktəbəhazırlıq qrup...