Cümə axşamı, 14 Avqust, 2025

Qeyri-kredit sahəsi üzrə Auditor  vakansiyası


  • Dərc edildi: 5 Avqust, 2022 - 20:35
Qeyri-kredit sahəsi üzrə Auditor  vakansiyası

“Bank Respublika” ASC Daxili Audit Departamentində Qeyri-kredit sahəsi üzrə Auditor vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
  • Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək; 
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; 
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək; 
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
  • Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
  • Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək. 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6484
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1440
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 562
“İnnovativ məktəb” l...