Bazar, 8 İyun, 2025

"İnsan Resursları üzrə mütəxəssis" vakansiyası


  • Dərc edildi: 12 Mart, 2024 - 11:46
"İnsan Resursları üzrə mütəxəssis" vakansiyası

"Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC" "İnsan Resursları üzrə mütəxəssis" vakansiyasını elan edir.

Namizədə olan tələblər:
 
·           Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
·           Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
·           Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə yaxşı biliklər və təcrübənin olması;
·           MS Office proqramları – yaxşı səviyyədə (Word, Excel, PowerPoint, Outlook)
·           1C üzrə yaxşı səviyyədə istifadə;
·           Rus və ya ingilis dili biliyi üstünlükdür;
·           Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
·           Sənədlərlə işləmə bacarığı
·           Problem həll etmə bacarığı
 
Vəzifə öhdəlikləri:  
 
·        Strukturlar tərəfindən təqdim olunmuş işçi tələb formasının yoxlanılması və işə qəbul şöbəsinə göndərilməsi;
·        Elektron Hökümət Portalında İnsan Resursları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
·        Aidiyyatı şöbələrin yeni əməkdaşın işə başlaması haqqında məlumatlandırılması;
·        Yeni əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinin təşkili və maaş kartının sifarişi üçün mühasibatlığa müraciət edilməsi;
·       

 İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, qrafikə uyğun istifadənin təmin olunması, istifadə edilməmiş məzuniyyətlərin hesablanması və istifadəsinin təşviq edilməsi;
·        Yeni yaradılmış iş yerinin e-sosialda elan edilməsi və namizədlərin telefon zənglərinə cavab verilməsi;
·        İcbari sığorta əməliyyatlarının icra olunması və ödəniş üçün Mühasibatlığa təqdim olunması;
·        Kiçik İR əməkdaşlarına mentorluq edilməsi, işlərində köməklik göstərilməsi və onların funksiyalarının icrası yolları barədə istiqamətləndirilməsi, yol göstərilməsi;
·        Təhsil, analıq, qismən ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadənin uçotunun aparılması;
·        İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, və s.), kompensasiyaların hesablanması, elektron hökumət portalında çıxış qeydlərinin aparılması;
·        Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
 
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 1108-1274 AZN nett
·           İş qrafiki : Tam iş günü (5 gün)
·           İş saatları: 08:30-17:30.
·           Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis ” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 138
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 310
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 86
Elm və təhsil naziri...