Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2 (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Sülhün Harmoniyası - İcmalarla Sosial İş” layihəsi təlimlərinə qəbul elan edir!
Layihənin əsas məqsədi 17-30 yaş arası münaqişə transformasiyası sülh və icma quruculuğu proseslərinə maraq göstərən, sosial iş ixtisası üzrə təhsil alan tələbələrə, sosial işçilərə və bu sahəyə marağı olan və öz töhfəsini vermək istəyən gənclərin icma quruculuğu və həssas icmalarla iş zamanı imanın ehtiyac və potensialını analiz etmək, bu sahədə Azərbayanda indiyə qədər görülən işlər və ona aid nümunələr, münaqişə tranformasiyası və icma quruculuğunda qadınların üzləşdiyi gender normaları və problemlər, həmçinin Kipr təcrübəsi, sosial işin sülhə yeni baxış formları haqqında məlumatlılığının artırılmasıdır.
4 gün davam edəcək təlimlər yerli və xarici peşəkar spikerləri tərəfindən ilə həyata keçiriləcək.
Təlimi uğurla başa vuran iştirakçılar sonda sertifikatla təltif ediləcək.
Təlimlər Ödənişsizdir.
Müraciət üçün son tarix: 28 fevral
Keçirilmə tarixi: 11, 12, 18 və 19 mart offline (üzbəüz)
QEYD: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.
QEYD: Təlim müddəti ərzində 4 günün hər birində, bütün sessiyalarda iştirak zəruridir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur