“Sosial Teatrın Gücü” təlimi (ÖDƏNİŞSİZ)

“Sosial Teatrın Gücü” təlimi

Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (İcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən “Sosial Teatrın Gücü” təliminə qəbul başlamışdır!

Təlimin məqsədi, 18-29 yaş arası münaqişədən birbaşa və dolayı yolla təsirlənən gənclərin sosial teatr və onun mexanizmləri, münaqişə mövzusunda incəsənətin və bilavasitə sosial teatrın rolu haqqında agahlığını artırmaqdır. Təlim intensiv olaraq 5 günü tam əhatə edəcək və təlimlər həm nəzəri, həm praktiki əsaslarla təşkil olunacaq. Təlim peşəkar təlimçi tərəfindən həyata keçiriləcək. Təlimi uğurla başa vuran iştirakçılar sonda sertifikatla təltif ediləcək.

Keçirilmə tarixi: 26, 27, 28 fevral və 1, 2 mart 2023

(26 fevral saat 10:30-18:30, digər günlər 12:00-20:00)

Məkan: Baku Community Space

 Müraciət üçün son tarix: 20 fevral 2023

QEYD: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyini xahiş edirik.

Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz:

https://forms.gle/5uTUFXhGknGsY2SW9



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az