"Azərbaycan Supermarket" MMC Kommersiya departamenti Qeyri-qida şöbəsi komandasında Kateqoriya üzrə kiçik menecer vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Yerli və Xarici sifarişlərin satışa uyğun izlənməsi və sifariş komandası tərəfindən verilən sifarişlərin kampaniyaya görə planlaması;
- Müqaviləni imzalama prosesinə qədər olan, bazar araşdırması, yeni kategoriyaların yaradılması, bazara uyğun çeşidlərin tapılması, araşdırma nəticəsinə əsasən təchizatçılarla görüşlərin təyin edilməsi, təkliflərin yoxlanılması və qiymətləndirilməsi, müqavilənin qaralama variantının təqdim edilməsi və s. kimi müqavilə üzrə bütün proseslərin aparılması;
- Təchizatçı qiymətlərinin prosesə uyğun təyin edilməsi və tətbiqi;
- Təchizatçıların sifarişlərinin izlənilməsi və satışı zəif gedən məhsulların analiz edilməsi;
- İllik müqavilələrin imzalanması;
- Məhsulların qiymət, çatdırılma və yararlılıq nöqteyi-nəzərindən alınmasına qərarın verilməsi;
- Təchizatçı məhsullarının tanıtımı zamanı prosesin icrası və komissiyaya təqdim edilməsi;
- Gəlirliliyin artırılması
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb