Cümə axşamı, 28 Avqust, 2025

Yeni məzunlar üçün vakansiya var


  • Dərc edildi: 7 Aprel, 2023 - 11:18
Yeni məzunlar üçün vakansiya var

“Grand Motors Company” olaraq yeni məzunlar üçün əla fürsətlə qarşınızdayıq!
“Grand Motors Company” kənd təsərrüfatı və tikinti texnikalarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən aparıcı şirkətlərdən biridir. Şirkətin fəaliyyət istiqamətlərinə ehtiyat hissələrinin təchizatı və satış sonrası xidmət də daxildir.  
Hal-hazırda şirkətimizdə  Məhsul Menecerinin Assistenti pozisiyası mövcuddur.   
Öz kommunikasiya bacarıqlarına güvənən, bizimlə birgə inkişaf etmək istəyən, ingilis dili upper-intermediate və üzəri olan gənclərimizin hər biri müsabiqəmizdə iştirak etməyə dəvətlidir.      
 
Sizinlə birgə hansı işləri həyata keçirəcəyik:   
·       Tender araşdırmalarında dəstəyin göstərilməsi;    
·       Xarici istehsalçılar ilə daimi kommunikasiyada olmaq;  
·       Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq edilməsi;        
·       Sifariş blanklarının hazırlanması və müvafiq şəxslərin imzasına təqdim edilməsi.
 
 Biz nə təklif edirik?  
·       Zəngin təcrübə və gələcək iş həyatında sizə dəyər qatacaq praktiki biliklər;
·       Real iş mühitində işləmək imkanı;
·       Təlim və inkişaf imkanları;     
·       Bizimlə birlikdə karyera qurmaq imkanları;  
·       Əmək haqqı: 500-600 AZN;  
·       Servis xidməti;   
·       Nahar şirkət tərəfindən təmin edilir.
 
 Peşəkar karyeranızda ilk addımları bizimlə birgə  atmağa tələsin!  
 
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).          
Qeyd olunan ünvana CV-lərinizi göndərə bilərsiniz: [email protected]   

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 742
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 150
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7614
Sumqayıt Dövlət Univ...