Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“2022 -ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunan layihəmiz belə adlanır.
Sosial İqtisadi İnkişaf Uğrunda ictimai birliyimiz sentyabr ayının 1-dən etibarən adı çəkilən layihənin icrasına start verib. 3 ayı əhatə edəcək layihəmizdə keçmiş məcburi köçkünlərin təşkilatlanmasına üstünlük verilir.
Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, erməni qəsbkarlarından azad etdiyimiz tarixi torpaqlarımıza Böyük Qayıdış üçün böyük işlər görülməlidir. Bu sahədə ilkin araşdırmalardan sonra bəlli olur ki, 30 ilə yaxın bir dövrdə dədə-baba torpaqlarından qaçqın və didərgin düşən insanların bir qismi geriyə getməyə hazır deyil. Bəziləri yaşlanıb və tək yaşamaq iqtidarında deyil, gənclərin çoxu asudə vaxtın keçirilməməsindən və onlara aid iş sahələrinin kifayət qədər olmamasından, bəzi insanların müharibənin fəsadlarının tam aradan qaldırılmaması və yenidən erməniləri görmək istəmədiklərini, minalara düşmək kimi qorxu yaşayırlar. Bəzi insanlar bir neçə dəfə köç yaşayıb və yorulub. Elə ailələr var ki, şəhərdə yaşayıb və kənd həyatına dönmək istəmir. Bizim təşkilatımız da könüllü olaraq azad etdiyimiz torpaqlara dönüşlə bağlı tədqiqatlar aparmışdır. Bəzi ailələrin qorxuları geriyə dönüşdə yaxşı müəllimlərin, repititorların tapılmaması, övladlarının sinif yoldaşlarından, özlərinin işləyərək alışdıqları kollektivdən ayrılmasından narahatdırlar.
Təcrübə göstərir ki, müharibə keçmiş bütün ölkələrdə sülhyaratma prosesi daha çətin olur. Müharibə zamanı və sonra insanların qorxu içində olması təbiidir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb