Çağrı mərkəzi (Call Center) operatoru vakansiyası

Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru
 
Vəzifə öhdəlikləri:
•       Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
•       qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
•       müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
•       müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
•       yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
•       Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
•       xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
•       vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
•       Ali təhsilə üstünlük verilir
•       azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
•       nitqi aydın və səlis olmalı
•       fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
•       müştərilərlə ünsiyyət qurma bacarığı
•       məsuliyyətli, səbrli, stressə davamlı olmalı
•       MS Office proqramlarını bilməli
 
İş qrafiki:   növbəli, günaşırı.
Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az