İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri” vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
• Dövlət qurumları ilə görüşlər təşkil etmək və layihələrlə bağlı
təqdimatlar keçirmək;
• Güclü rəqəmsal ekosistemin qurulmasına kömək etmək üçün
tərəfdaşlar və həmkarlar arasında əməkdaşlığı, bilik mübadiləsini
və rəqəmsal təcrübələri paylaşmaq;
• Proseslərin və xidmətlərin rəqəmsallaşdırılması məqsədilə
tərəfdaşlarla işləyərək rəqəmsal strategiyanın qurulması
prosesinə dəstək vermək;
• Mürəkkəb layihələr üzrə strateji idarəetməni təmin etmək;
• Layihədə marağı olan tərəflərlə işləmək və səmərəli
kommunikasiyanı təmin etmək;
• Layihələrin həcmini və məqsədlərini, eləcə də məqsədlərə
çatmaq üçün resurs ehtiyacını müəyyən etmək;
• Layihənin büdcə və əsas keyfiyyət göstəricilərini müəyyən
etmək;
• Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət etmək,
mərhələlərin gedişatını və keyfiyyətini qiymətləndirmək, və zəruri
hallarda risklərin azaldılması üzrə təkliflər vermək;
• Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə
uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə
əlaqəni/koordinasiyanı
həyata keçirmək;
• Layihənin risklərini müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər
planı hazırlamaq;
• Layihəni izləmək və layihəyə nəzarəti həyata keçirmək;
• Layihənin mərhələlərinin icrasını dəstəkləmək üçün müvafiq
sənədləri hazırlamaq;
• Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatları hazırlamaq;
Tələb olunan bilik və bacarıqlar:
• Güclü kommunikasiya qabiliyyəti arzuolunandır;
• Ali təhsil (Layihə idarəetməsi, İnformasiya və kommunikasiya
texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük
verilir)
• Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır;
· Dövlət qurumları ilə iş təcrübəsinin olması arzuolunandır;
• Rəqəmsal/IT layihələrin idarə edilməsi sahəsi üzrə ən az 1 il iş
təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili - əla, ingilis və ya rus dili – yaxşı
• Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint,
MS Project) yaxşı səviyyədə bilmək;
• Layihə idarəetməsi proqramlarında işləmək qabiliyyəti.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində " Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur