Bazar, 27 İyul, 2025

Direktor Köməkçisi vakansiyası


  • Dərc edildi: 24 Dekabr, 2022 - 17:48
Direktor Köməkçisi vakansiyası

"KARTAŞ LTD" MMC (Mr.Fix) qeyd edilən vəzifə üzrə namizəd axtarışındadır: Direktor Köməkçisi

Namizədə tələblər:

-Ali təhsil (Biznesin idarə edilməsi və ya iqtisadi sahədə ali təhsil);
-Yaş həddi (25-40);
-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
-Dil bilikləri: İngilis və Rus dilini mükəmməl səviyyədə bilməli;
-Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
-Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
-Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı.

Vəzifə öhdəlikləri:

-Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
-Direktorun tədbirlərdə, seminarlarda və s. iştirakı zamanı onun çıxışını hazırlamaq;
-Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;                         
-Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
-Direktorunun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
-Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
-Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək;
-Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

İş rejimi:
-6 günlük iş qrafiki (08:30-17:30)

İş yeri:
-Bakı şəhəri, Xətai prospekti. (Şərq bazarının yanı)

Əmək haqqı:
-Namizədin bilik və bacarıqlarından asılı olaraq təyin olunacaq.

Təminatlar:
-Nahar müəssisə tərəfindən qarşılanır;
-Korporativ mobil nömrə.

Müraciət etmək istəyən namizədlər, CV-lərini [email protected] ünvanına göndərməyi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 202
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 796
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 586
Azərbaycan Texnologi...