Azercell Təcrübə Proqramı / Kibertəhlükəsizlik Şöbəsi

Azercell Təcrübə Proqramı / Kibertəhlükəsizlik Şöbəsi

Azercell Telecom LLC

Location: Baku, Azerbaijan

 

İş qrafiki: 

Bazar ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə  və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

İş yeri: Tbilisi prospekti 149, AZ1122  Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).

Təcrübə müddəti: 3 ay (6 aya qədər uzadıla bilər).

Təcrübə növü: Ödənişsiz.

________________________________________________________________

Əsas öhdəliklər:

  • Müxtəlif təhlükəsizlik sistemlərində baş vermiş hadisələrin dəyərləndirilməsi, sübut və məlumatların toplanaraq uyğun şəxslərə yönləndirilməsi;
  • Təhlükəsizlik insidentlərinin qeydiyyatı və sənədləşdirilməsi;
  • Təhlükəsizlik sistemlərində istifadə olunacaq skriptlərin yazılması;
  • Təhlükəsizlik sistemlərində tapşırıqlara uyğun olaraq sazlama işlərinin aparılması;
  • Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi;
  • Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.

 

Requirements

 

 

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə tamam və ya natam Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili - yaxşı səviyyədə;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin (SİEM, DLP, Firewall və s. ) iş prinsiplərini anlayan və ümumi şəbəkə, tətbiqlərin və kompüterlərin təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • Kiber hücumlar və onlara qarşı mübarizə metodları, məlumat şifrələnməsi texnologiyaları barəsində biliklərə sahib olmaq;
  • Proqramlaşdırma dillərindən hər-hansı birində təcrübə (Python arzu olunandır);
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Baş vermiş təhlükəsizlik insidentlərinin dəqiq, düzgün və aydın şəkildə hesabatının hazırlanması üçün yüksək yazılı bacarıqlarının olması;
  • MS Office kompüter proqramından istifadə etmək bacarığı.

Üstünlük verilən Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı.

 

Hiring process

 

 

İşə qəbul prosesi:

  •  CV-lərin təhlil edilməsi
  •  Texniki Bacarıqlar üzrə müsahibə
  •  Yetkinliklər üzrə müsahibə (HR) 

Qeyd:

  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən MÜRACİƏT ET düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu şöbəsinin mütəxəssisi və Kibertəhlükəsizlik  Şöbəsinin rəhbərliyi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Vakansiyalara dair suallarınızı Linkedin üzərindən “Azercell Recruitment Team” səhifəmizə qoşularaq ünvanlandıra bilərsiniz: https://www.linkedin.com/in/azercell-recruitment-team-469180152/
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

 

Deadline for applicants

 

31st August 2022 08:41 AM


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az