Texnologiyanı təkcə izləmə – onun yaradıcılarından biri ol!
Azercell tərəfindən Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “CyberCell Hackathon 2025” kibertəhlükəsizlik və süni intellekt sahələrinə marağı olan tələbə və gəncləri bir araya gətirir.
“CyberCell Hackathon” innovasiya, rəqabət və yaradıcı gücün bir araya gəldiyi unikal texnoloji platformadır.
Yarış tarixləri: 18–19 oktyabr 2025
Qeydiyyat üçün son tarix: 30 sentyabr
Qalib gələnlər mükafatlarla təmin olunacaq:
1-ci yer – 4000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN
İştirak etməyin üstünlükləri:
Kibertəhlükəsizlik və Süni intellekt sahələrində bilikləri praktikada tətbiq etmək imkanı
Sənaye üzrə ekspertlərlə canlı ünsiyyət və mentor dəstəyi
Yeni texnoloji tanışlıqlar və şəbəkələşmə imkanı
Portfolio və CV-yə əlavə olunacaq dəyərli təcrübə və uğur
İştirak üçün kimlər uyğundur?
Süni intellekt və kibertəhlükəsizlik sahələrinə maraq göstərən tələbə və gənclər
Yaradıcı düşüncəyə sahib olan və ideyalarını reallaşdırmaq istəyən gənclər
Komanda ilə işləməyə və rəqabətə açıq olanlar
“CyberCell Hackathon” səni gözləyir!
Gəl, texnologiyanın gələcəyini birgə quraq!