Çərşənbə axşamı, 1 İyul, 2025

‘’Technest’’ Təqaüd Proqramı ilə dizayn ixtisaslarına qeydiyyat başladı!


  • Dərc edildi: 26 Avqust, 2022 - 11:06
‘’Technest’’ Təqaüd Proqramı ilə dizayn ixtisaslarına qeydiyyat başladı!

‘’Technest’’ Təqaüd Proqramı ilə dizayn ixtisaslarına qeydiyyat başladı!

 

‘’Technest’’ Təqaüd Proqramı ilə dizayn proqramlarına qeydiyyat açıq elan olunur və müraciətlər 30 avqust tarixinə qədər  qəbul ediləcəkdir. Təqaüd Proqramının qalibləri Bakı Dizayn Akademiyasında üç ixtisasdan birində – 3D dizayn, UX/UI dizayn və peşəkarlar üçün UX/UI ixtisaslarında 70%, 90% və 100% təqaüdlə təhsil almaq fürsəti əldə edəcək! 

 

‘’Technest’’ layihəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildən etibarən həyata keçirdiyi layihədir. Agentlik Bakı Dizayn Akademiyası ilə yeni əməkdaşlıq çərçivəsində 30 gəncin təhsil almasını həyata keçirəcək. Bakı Dizayn Akademiyasında dizayn təhsili həm yerli, həm də regional aparıcı mütəxəssislər tərəfindən tədris oluncaq. 

 

Bakı Dizayn Akademiyası Adobe, Autodesk, PMI və Unity kimi dünya nəhənglərinin Azərbaycanda rəsmi distribütorudur. Akademiyada tədris proqramları bu şirkətlərinin dəstəyi ilə hazırlanır və beynəlxalq səviyyədə təsdiqlənmiş materiallardan ibarətdir. Təlimçilər arasında isə Figmanın Azərbaycandakı rəsmi nümayəndəsi və Adobe Certified Professional sertifikatlı instruktorlar yer alır. 

 

Təqaüd proqramında iştirak etmək və faydalı tövsiyələr almaq üçün bu linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 851
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...