Cümə axşamı, 28 Avqust, 2025

Məktəblilərarası fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesinə start verildi


  • Dərc edildi: 11 Aprel, 2023 - 22:59
Məktəblilərarası fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesinə start verildi

Aprelin 11-dən etibarən Məktəblilərarası fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesinə start verilib. Fənn müsabiqələrində iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21.04.2023-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, müsabiqə 30 aprel 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında keçiriləcək. Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənni üzrə iştirak edə bilər.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+99450-7914631) Whatsapp üzərindən ətraflı şəkildə müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 726
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 142
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7592
Sumqayıt Dövlət Univ...