“İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma " adlı layihənin açılış mərasimi keçirilib

“İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma " adlı layihənin açılış mərasimi keçirilib

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində icra edilən “İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma " adlı layihənin açılış mərasimi keçirilib.

Tədbirdə Ucar rayon üzrə təhsil sektorunun nümayəndələri Rəna Cəfərova və Nigar Zakirova, məktəbin direktoru Elburus Baxşəliyev,müəllim kollektivi iştirak ediblər.

Tədbiri açılış nitqi ilə salamlayan layihə rəhbəri Rəna Allahverdiyeva layihə haqqında geniş məlumat verdi və layihə çərçivəsində görüləcək işlərdən danışmışdır.

Layihənin məqsədi Phet interaktiv simulyasiya platformlarında yerləşən tədris materiallari və praktiki məşğələlərin vasitəsi ilə məktəbdə dərnək təşkil edərək Biologiya dərsinin daha interaktiv təşkili və tətbiq edilməsidir.

18 saatliq proqram 2ay müddətində 40 nəfər 8-10-cu sinif şagirdlərinə dərsdən sonra və ya dərs müddətində "Biologiya akademiyasi"adı ilə silsilə olaraq keçiriləcəkdir.Bununlada tədris proqramin böyuk bir hissəsi interaktiv tədris üçün hazır ediləcəkdir.

Daha sonra çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən söz açdılar.

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az