Çərşənbə, 13 Avqust, 2025

“BİL” – Bacarıqların İnkişafı Layihəsinə qeydiyyatı açıq elan edirik


  • Dərc edildi: 13 Noyabr, 2023 - 11:22
“BİL” – Bacarıqların İnkişafı Layihəsinə qeydiyyatı açıq elan edirik

BİL - Bacarıqların İnkişafı Layihəsi

Qarabağ gənclərinin nəzərinə! 

Yeni layihəmizlə bacarıqlarınızı inkişaf etdirə BİLəcəksiniz! 

Gənclər Fondunun dəstəyi, UNİCEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçiriləcək “BİL” – Bacarıqların İnkişafı Layihəsinə qeydiyyatı açıq elan edirik!

Layihənin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdən olan, keçmiş məcburi köçkün gənclərin müasir dövrdə tələb olunan müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Əgər siz də
Əsas həyat bacarıqları
İşgüzar bacarıqlar
Rəqəmsal bacarıqlar 
modulları üzrə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin!

 Son müraciət tarixi: 20 noyabr 2023-cü il

 Təlimləri müvəffəqiyyətlə başa vuran gənclər layihənin sonunda sertifikatlarla təltif olunacaqlar.

 

Qeydiyyat

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6381
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1379
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 536
“İnnovativ məktəb” l...