Xaricdə Təhsil Forumuna son 10 gün!

Xaricdə Təhsil Forumuna son 10 gün!

 

Xaricdə təhsil almaq arzusunda olan hər kəs üçün Xaricdə Təhsil Forumu 3-cü dəfə olaraq yenidən keçiriləcək.

 

Edu Max xaricdə təhsil şirkətinin baş sponsorluğu, Xaricdə Çörək platformasının təşkilati dəstəyi ilə 12 noyabr saat 10.00-17.00 aralığında Avropa Azərbaycan Məktəbində Xaricdə Təhsil Forumu baş tutacaq. Forumda iştirak edən tələbələr Avropa, Asiya və Amerikada bakalavr, magistr və PhD dərəcələrini almış spikerlərin hekayələrini dinləyə biləcək, kofe fasilələri və nahardan yararlana biləcək, keyfiyyətli əlaqələr qura biləcək və ən maraqlısı, forumda keçiriləcək loto-müsabiqə ilə sponsor hədiyyələrini əldə edə biləcək. 

 

Forumda çıxış edəcək spikerlər:

 

  • Tarıqulu Xasızadə - “Qütb ulduzum”
  • Mehriban Əfəndi - “Xəyallar ölkəsindən altı dərs”
  • Musa Səmədli - “Hara niyə getdiyimizi bilirik?”
  • Kənan Səlimov - “Zəngin olmaq şərtdir?”
  • Elçin Musayev - “Malayziya mənə nə öyrətdi?”
  • İnci Şıxaliyeva - “Analar neçədən deyib?”
  • Vüsal Sultanlı - “Protokoldan kənar söhbət”
  • Həvva Səfərova - “Mən bacardım, ana!”

 

Qeyd edək ki, forum xaricdə təhsil məqsədlərinizə sizi keyfiyyətli şəkildə çatdıracaq Edu Max xaricdə təhsil şirkətinin baş sponsorluğu, hər kəsin texnologiya dostu İrşadın, Aloha World xaricdə təhsil şirkətinin, Div Academy’nin sponsorluğu, Apply-UNI xaricdə təhsil şirkəti, sizi dil məqsədlərinizə çatdıracaq İnk Academy’nin, təhsillə bağlı bütün xidmətləri bir ünvanda toplayan London College Baku’nun tərəfdaşlığı və Tudors köynək brendinin məhsul dəstəyi ilə baş tutur. Fasilələrdə sponsor və tərəfdaşların stendlərinə yaxınlaşaraq həm ətraflı məlumat, həm xidmətlərinə endirimlər, həm də sürpriz təkliflər əldə edə bilərsiniz.

 

Tarix: 12 noyabr, 2023, saat 10:00-17.00

Məkan: Avropa Azərbaycan Məktəb (Badamdar filialı)

 

Forumda iştirak üçün qeydiyyatdan keçməyə tələsin!

 

https://bit.ly/xtf23-bilet

 

#edumap20 promokodu ilə qeydiyyatdan keçən şəxslərə biletdə 20 faiz endirim tətbiq olunacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az