“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır

3 noyabrdan etibarən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır.

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi keçiriləcək.

Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 3 noyabr 11:00-dan etibarən 15 dekabradək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçərək qeyd olunan istiqamətlər üzrə müvafiq olaraq aşağıdakı elektron ünvanlara formaları göndərməlidirlər.

  1. Riyaziyyat – Mail: [email protected]
  2. Fizika və astronomiya – Mail: [email protected]
  3. Kimya – Mail: [email protected]
  4. Biologiya – Mail: [email protected]
  5. Tibb və sağlamlıq – Mail: [email protected]
  6. Ekologiya və ətraf mühitin idarə olunması – Mail: [email protected]
  7. Mühəndislik – Mail: [email protected]
  8. Kompüter elmləri – Mail: [email protected]

Müsabiqə ilə bağlı qaydalar və formalar, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ portalından əldə edə bilərsiniz.

Formalar: https://sabahinalimleri.edu.az/index.php/senedler/formalar.html
Qaydalar: https://sabahinalimleri.edu.az/index.php/senedler/qaydalar.html

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Tel: +99412 599 08 08
Mob: +99451 449 59 41
Mail: [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az