reklam

Korporativ şirkət, təşkilat və universitetlərin nəzərinə

Korporativ şirkət, təşkilat və universitetlərin nəzərinə 

“Dəstəkçi” - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə, 29 dekabr tarixində, Bakı Gənclər Mərkəzində “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutacaq.

“1-ci Korporativ Sosial Satınalmalar Sərgisi"  -  Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən  mikro, kiçik  sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsul və xidmətləri daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor orta və böyük bizneslərləri arasında əməkdaşlığın qurulmasını təviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artılmasıdır.

Sərgidə iştirak edən hədəf qrupu mikro və kiçik və orta sahibkarlıq subyektləri:

  • Sosial sahibkarlıq müəssisələri
  • Eko, etik məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri
  • Organik, sağlam, təbii  məhsullar təkilif edən mikro, kiçik və orta  sahibkarlıq subyektləri

Qeyd 1:

1.1 Sərgidə korporativ şirkət və təşkilatların iştirakı(ziyarəti) ödənişsizdir. Sərgidə ancaq şirkət və təşkilatın məsul şəxsləri iştirak edə bilər.

1.2 Sərginin agendası qeydiyyatdan keçən məsul şirkət nümayəndəsi ilə bölüşüləcək. 

1.3 Sərgini formatı və sərgidə iştirak edən sahibkarlıq subyeklərinin aid olduğu sahələr barədə məlumatı qoşmaya əlavə olunmuş fayldan və aşağıdakı form vasitəsilə əldə edə bilərsiniz.

Sərginin tərəfdaşları

  • Marsol MMC - təşkilati tərəfdaş
  • Education Hub – təşkilati tərəfdaş
  • "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İB - AOPE təşkilatı
  • “Morpho” Marketinq Agentliyi – Kreativ-dijital tərəfdaş ,
  • “FemTech”  şirkəti -  təşkilati tərəfdaş,
  • "Azerbaijan Women Platform" təşkilatı 
  •  Edumap Təhsil Portalı – İnformasiya dəstəkçisi,
  • “Rotaract Club of Baku”  təşkilati – təşkilati tərəfdaş
  • “ESN Azerbaijan təşkilatı” – təşkilati tərəfdaş 

 

Tarix: 

 -   29 dekabr 2022-ci il 

- saat 09:00 – 14:00 

Məkan: 

 -   Bakı Gənclər Mərkəzi 

Sərgidə iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin aid olduğu sahələr 

  • Tekstil 
  • Qida 
  • Təhsil - şəxsi inkişaf 
  • Peşə təhsili 
  • Həssas qrupdan olan uşaqların reabilitasiyası 
  • Dizayn/Dekorasiya
  • Sağlamlıq məhsulları
  • Kosmetika, özünə baxım
  • Məişət məhsulları 
  • Saxsı-keramika məhsullar
  • Dekorativ məhsullar 
  • Korporativ hədiyyəlik məhsullar
  • Promo məhsullar 

 

Ölkəmizdə ilk dəfə baş tutacaq bu sərgidə siz də öz yerinizi almaq və şirkət, təşkilat  olaraq satınalma seçimlərinizdə   daha dayanıqlı məhsul və xidmətlərə  yer vermək, cəmiyyətə və ətraf mühitə faydalı biznesləri tanımaq və əməkdaşlıq əlaqələri qurmaq üçün sizləri bu sərgiyə dəvət etməkdən böyük məmnunluq hissi duyuruq. 

Sərgidə iştirak etmək üçün aşağıdakı form vasitəsilə qeydiyyatdan keçə bilərsiniz

https://forms.gle/7edLiJUzgREJYhsh8 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az