Cümə axşamı, 4 Sentyabr, 2025

“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək


  • Dərc edildi: 13 Yanvar, 2023 - 22:03
“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı üzrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 26 yanvar 2023-cü il tarixində “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransda genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti qurumların və mütəxəssislərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə məzmunu pedaqoji kadr hazırlayan ali və orta təhsil müəssisələrində ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək məqsədilə məruzələr dinləniləcək və iştirakçıların sualları cavablandırılacaq.

Orta məktəb müəllimləri, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulan konfransda iştirak etmək istəyənlər 22.01.2023-cü il tarixinədək https://greskonfrans.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən şəxslərə konfransa “Zoom” platforması üzərindən onlayn qoşulmaq üçün məlumat (link) göndəriləcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...