“MediaPlus” layihəsinə qəbul başladı

Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində 6-8 fevral tarixlərində həyata keçiriləcək “MediaPlus” layihəsinə qəbul elan edilir!

Layihənin əsas məqsədi Bakıda yaşayan 18-25 yaş aralığında münaqişə transformasiyasına marağı və ya media təcrübəsi olan gənclərin münaqişə ilə bağlı informasiya savadlılığı və agahlılığını artırmaqdır.

Təlim zamanı iştirakçılar tənqidi düşüncə, media faktların yoxlanılması, etik prinsiplər və media həssaslığı, media narrativləri ilə bağlı sessiyalarda iştirak imkanı qazanacaq. 3 gün davam edəcək təlim proqramı bu sahədə ixtisaslaşmış təlimçilər tərəfindən həyata keçiriləcək. Təlim sessiyaları nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlim zamanı iştirakçılar qazandıqları bilikləri birbaşa tətbiq etmək imkanı qazanacaq.

Bütün sessiyalarda iştirak edən iştirakçılar sertifikatla təmin olunacaq. Qeydiyyat sorğusunu dolduran və meyarlara uyğun gələn şəxslər seçimdən sonra müsahibəyə dəvət olunacaq.

*Media sahəsində təcrübə və ya təhsil arzuolunandır.

Müraciət üçün son tarix: 28 yanvar 2023, 23:59
Keçirilmə tarixi: 6, 7, 8 fevral üzbəüz (offline)
Məkan: Baku Community Space
Saat: 10:00 – 14:30

Qeyd: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciətetmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etməyi xahiş edirik.

Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz:
https://forms.gle/4xarouzBn5PvdqDP6

Layihədə iştirak ödənişsizdir!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az