Çərşənbə, 27 Avqust, 2025

Elm və Təhsil Nazirliyi III “Maarifçi” tələbə-məzun təcrübə proqramına start verir!


  • Dərc edildi: 9 Aprel, 2025 - 17:44
Elm və Təhsil Nazirliyi III “Maarifçi” tələbə-məzun təcrübə proqramına start verir!

Aprelin 9-dan Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi başlayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. 

4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində, təcrübə keçmək imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər.

Qeyd edək ki, I “Maarifçi” tələbə-məzun təcrübə proqramı ötən ilin aprel – iyul, II “Maarifçi” tələbə-məzun təcrübə proqramı isə oktyabr – yanvar aylarında keçirilib. Hər iki təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub. 

Proqrama müraciət üçün keçid linki: https://anket.edu.az/user/200

 

III ”Maarifçi” tələbə-məzun təcrübə proqramının həyata keçiriləcəyi regional təhsil idarələrinin ünvanlarını təqdim edirik. 

Qeyd edək ki, bölgələrdən müraciət edən tələbə və məzunlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhəri üzrə təhsil idarəsi, həmçinin 12 regional təhsil idarəsində təcrübə keçəcəklər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 708
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 140
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7579
Sumqayıt Dövlət Univ...