Kapital Bankda Telefon Mərkəzi bölməsi üzrə vakansiyamıza xoş gəlmisiniz!
· Yeni məzunsunuzsa, 1 düyməsini;
· Kapital Bankın səsi olmaq istəyirsinizsə, 2 düyməsini;
· Öz gəlirinizi yaratmaq istəyirsinizsə, 3 düyməsini seçin.
Hər 3 düyməni eyni anda seçmək imkanım olsaydı deyə düşünürsünüzsə, hr.kapitalbank.az saytı üzrə Telefon mərkəzi
bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət edə bilərsiniz.
Sizə təklifimiz:
· Kapital Bankda karyera inkişafı;
· Evdən işləmək imkanı;
· Rəqabətli əmək haqqı;
· Tibbi sığorta;
· Şəxsi inkişafla bağlı təlimlər.
Sizdən gözləntimiz:
· Əla ünsiyyət və müştəriyönümlülük;
· Aydın və dəqiq danışıq qabiliyyəti;
· Özünü inkişafa meyillilik.
Əgər təklifimiz sizə maraqlıdırsa, CV-lərinizi mövzu hissəsinə Telefon mərkəzi bölməsi yazaraq [email protected] mail ünvanına göndərməklə vakansiyamıza müraciət edə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb