Çərşənbə, 14 May, 2025

"Spelling Bee” oyununda iştirak etməyə tələsin


  • Dərc edildi: 12 Yanvar, 2023 - 13:57
"Spelling Bee” oyununda iştirak etməyə tələsin

Əziz Gənclər! 

 

Çox fərqli bir layihə ilə qarşınızdayıq🥳. 

İngilis dili biliklərinizi əyləncəli və interaktiv formada inkişaf etdirmək istərdinizmi? 

 

Elə isə “Spelling Bee” oyununda iştirak etməyə tələsin. Siz burada əylənməklə yanaşı ingilis dili biliklərinizi inkişaf etdirmə şansını əldə edəcəksiniz! 

 

İngilis dilinin həm orfoqrafiyasını mənimsəmək, həm də sözlərin mənasını öz tərifi ilə qavramaq üçün həyata keçirilən bu layihənin əsas qaydaları aşağıdakılardır: 

 

 Layihə iştirakçılarının hər biri fərdi şəkildə mərhələlər üzrə növbə ilə yarışacaq; 

 

 İştirakçılara hər növbəti mərhələdə daha çətin sözlər səsləndirilərək təqdim olunacaq və iştirakçılar həmin sözləri hərbəhərf söyləyəcək; 

 

 İştirakçının verdiyi cavab yanlış olduğu halda məğlub hesab olunaraq növbəti mərhələyə keçid şansını itirəcək; 

 

 Oyunun gedişatı sadəcə 2 iştirakçının yarışacağı ana qədər eyni döngü ilə davam edəcək və son turda qalib müəyyənləşdirilərək mükafatlandırılacaq. 

 

Layihə “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilati dəstəyi ilə 2022-ci ilin "Dövlət qurumlarında könüllülük nominasiyası" üzrə “İlin Könüllüsü” Rauf Həsənovun rəhbərliyi altında keçiriləcəkdir. 

Yerlər məhdud saydadır. Sosiallaşaraq dil biliklərinizi inkişaf etdirmək üçün qeydiyyatdan keçməyə tələsin! 🤩

https://forms.gle/ShCw9eWY4LyV5aSw5 

 

Son qeydiyyat tarixi:

🗓️   18.01.2023

⏰   23:59 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 152
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 133
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 115
Doktorantura səviyyə...