Bazar, 3 Avqust, 2025

“Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 20 Oktyabr, 2022 - 17:27
“Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsinin açılış mərasimi keçirilib.

20 oktyabr 2022-ci il tarixində baş tutan tədbir Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbdə keçirilib.

Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 271 nömrəli tam orta məktəbin direktoru Ruxsarə Əlizadə, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak etmişdir.

Layihənin əsas məqsədi şagirdlərin sağlamlığını qorunması və tədrisin davamlığını təmin etmək üçün ekspress müayinə robotları və platformasının köməyilə məktəbdə şagirdlər arasında infeksion xəstəliklərinin sürətli şəkildə yoxlanılması ilə xəstəliyin vaxtında aşkarlanması və yoluxmanın qarşısının alınmasından ibarətdir.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Həmçinin məktəb

rəhbərliyi, şagirdlər və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib. Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5405
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 882
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 311
“İnnovativ məktəb” l...