Cümə axşamı, 14 Avqust, 2025

SƏTƏM bölməsi üzrə Ekoloq vakansiyası


  • Dərc edildi: 20 Oktyabr, 2022 - 16:58
SƏTƏM bölməsi üzrə Ekoloq vakansiyası

“STP Global Cable” MMC, SƏTƏM bölməsi üzrə Ekoloq vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.


Tələblər:

-         Ali təhsil;
-         Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
-         MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
-         Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
-         İşgüzar və məsuliyyətli olmalı;
-         Sahə üzrə sertifikatların olması arzuolunandır.
 
Hansı işləri görəcəksiniz:

-         Ətraf mühitin mühafizəsi qaydalarının yerli qanunvericilik və beynəlxalq standartlara uyğun tətbiq edilməsi və inkişaf etdirilməsi.
-         Ekologiya üzrə sahə inspeksiyalarının və monitorinqlərin hazırlanması və hesabatı;
-         Sağlamlıq, təhlükəsizlik və ətraf mühit yoxlamalarının aparılması;
-         Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
-         Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
-         Tullantıların idarə olunmasna nəzarət;
-         Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi;
-         Bütün obyektlərdə təhlükəli materialların yerini müəyyənləşdirməli;
-         Hava, su, tullantılar və çirkab sular ilə əlaqəli müxtəlif ətraf mühitin qorunması qaydalarına nəzarət etməli;
-         Kimyəvi maddələrlə əlaqəli dəqiq qeydlərin aparılması və təhlükəli tullantıların daşınması;
-         Sahə yoxlamaları əsasında aydın və yazılı hesabatların təqdim edilməsi;
-         Ekologiya dair bütün sənəd və prosedurlarin hazırlanmasında iştirak və prosedurların iş sahəsində tətbiqinə nəzarət;
-         Müəssisədə mövcud İSO 14001 standartlarına əsasən hesabatların aparılması;
-         İSO 14001 audit sənədlərinin toplanması, qeydiyyatı, audit nəticələrinin hazırlanmasının təşkili hesabatların toplanması sənədləşdirilmış informasiyanın qorunub saxlanmasına nəzarət etmək;
-         2 TG (hava,su, təhlükəli tullantılar) illik rəsmi statistika hesabatının hazırlanması.


Əlavə məlumatlar:
-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ekoloq” yazaraq 20.11.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur. 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6501
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1448
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 566
“İnnovativ məktəb” l...