Şənbə, 23 Avqust, 2025

Qızlar arasında keçiriləcək rəqs müsabiqəsinə qeydiyyat başladı


  • Dərc edildi: 24 Fevral, 2023 - 16:00
Qızlar arasında keçiriləcək rəqs müsabiqəsinə qeydiyyat başladı

Qızlar arasında keçiriləcək rəqs müsabiqəsinə qey diyyat başladı

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda “Ritmə qarşı” adlı qızlar arasında rəqs müsabiqəsi təşkil olunacaq.

Cavan Gənclər Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqə 16-29 yaş aralığında olan gənc qızları əhatə edəcək.

“All styles” formatındakı yarışmaya istənilən rəqs növü ilə məşğul olan iştirakçılar qoşula bilərlər.

Bildirilib ki, layihənin keçirilməsindəki əsas məqsəd yeni nəsil arasında incəsənətin bu növünə olan marağı artırmaq, cəmiyyətdəki stereotipləri aradan qaldırmaq, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsinə dəstək olmaqdır.

Müsabiqə 8 mart tarixində “Dəniz Mall” Ticarət Mərkəzində baş tutacaq və tamaşaçılar üçün giriş sərbəstdir.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, “Dəniz Mall”, “Sabina” parfümeriya, “GoSport”, “Nike”, “Courir” və “Sketchers”in tərəfdaşlığı ilə reallaşdırılacaq.

Müsabiqədə iştirak üçün aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qaliblər

müxtəlif dəyərli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.

Qeydiyyat linki: https://forms.gle/yXrpD1h3LJ69CEMe6

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 371
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 78
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7243
Sumqayıt Dövlət Univ...