Qarşılayın, yeni layihəmiz – ART-debat
ART-debat, ekspertlər tərəfindən incəsənət gündəminin düşündürücü suallarını müzakirəyə çıxaran və hərtərəfli təhlil edən diskurs layihəsidir.
Layihənin ilk diskursu: "İncəsənətdə kommersiya: İncəsənət dəyəri və ya dəyərli incəsənət?"
Yüksək qiymət hər zaman keyfiyyət göstəricisi olmur, lakin sənət əsərinin fiziki dəyəri artdıqca, cəmiyyətin ona qarşı maraq və tələbatı çoxalır. Bəzi ekspertlər iddia edirlər ki, kommersiya uğuru rəssamın tanınmasına kömək edir, digər tərəfdən isə rəssam istedadının kommersiya qurbanına çevrilməsi və sənətçinin yalnız gəlir naminə əsərlər yaratmağa vadar etdiyi düşünülür.
Debat, Azərbaycanın incəsənət bazarında mövcud olan tendensiyaların rəssamların formalaşmasına necə təsir göstərməsini və s. mövzuları əhatə edəcək.
Moderator: Qalib Qasımov (sənətşünas, "Contemporary Baku" şirkətinin təsisçisi və direktoru)
Debatçılar: Əsmər Abdullayeva (sənətkarlıq üzrə beynəlxalq dərəcəli ekspert, art-tənqidçi və "Asmart Creative Hub" yaradıcılıq mərkəzinin təsisçisi),
Rafael Gülməmmədli (Bakı İncəsənət Mərkəzinin baş direktoru, rəssam və incəsənət tədqiqatçısı).
28 fevral, 19:00
YARAT Mərkəzi
Dil: Azərbaycan dili
Yaş məhdudiyyəti: 16+
Qeydiyyat üçün: shorturl.at/AIJPT
Yerlərin sayı məhduddur
COVID pasportun olması zəruridir
Əlavə məlumat üçün: 050 246 92 92
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur