reklam

UNFOLD Method | Valentina Bordeneyv ilə ustad dərsi

YARAT aktyorları, rəqqasları, performerləri və səhnə hərəkəti ilə maraqlanan hər kəsi ustad dərslərinə qatılmağa dəvət edir. Səhnə hərəkətinə dair təcrübənizdən asılı olmayaraq, bu sahədə tədqiqat üçün imkanlar sonsuzdur.

UNFOLD – "Aleksander texnikası" (Fridrix Matias Aleksander (1869-1955) – avstraliyalı aktyor, vücudumuzdan düzgün istifadə etmək kömək edən texnikanın müəllifi) üzərində qurulmuş səhnə hərəkətləri və qavrayış təlimidir. Bu, hərəki və motorika fəaliyyətinin təkmilləşdirilməsi sayəsində kompleks və koordinasiya edilmiş hərəkətə imkan yaradır.

Öz vücudunuzla əlaqəli vaxt keçirmək, daha çox rəqs etmək və daha incə bir hərəkət təcrübəsi əldə etmək istəyirsinizsə, bu intensiv ustad dərslərə siz də qatılın!

Bu təcrübə, vücudunuzu çoxlaylı, "axıcı" və həssas bir vahidə qədər "açılmasına" imkan verir. O, həmçinin vücudumuz haqqında məlumatlılığı artırmaq, lazımsız vərdişlərdən qurtulmaq və koordinasiyanı yaxşılaşdırmaq üçün dəqiq məlumatlar və alətlər ilə təmin edir. Biz, qamət və hərəki sistemlərimizin necə işlədiyini dərk etməklə və sınaqdan keçirməklə, bütün hərəkətlərimizdə yüngüllük və enerji üçün məkan yaratmaqla, bunu dərindən anlamağa başlayırıq.

Sözügedən təcrübə, bizim məkanda öz fantaziyalarımıza, musiqiyə və bir-birimizə necə yanaşdığımızı dərk etməyə kömək edir.

Sizinlə birgə hərəkət etməyi səbirsizliklə gözləyirik!

Daha ətraflı məlumat üçün unfoldmethod.com saytına daxil olun.

Ustad dərsləri Valentina Bordeneyv və Marlen Pflüger tərəfindən keçiriləcək.

Ustad dərslərə gələndə özünüzlə rahat geyim və isti corab, həmçinin usta dərslərin "sakit" hissəsi üçün orta ölçülü kitab gətirin. Bu kitab, başınızın altına qoymaq üçün istifadə ediləcək. Dərslərdə ayaqyalın olacaqsınız.

Yaş məhdudiyyəti: 18-60 yaş
Yerlərin sayı məhduddur
Dil: İngilis (Azərbaycan dilinə sinxron tərcümə ilə)

Tarix: 17-21 oktyabr
Saat: 19:00-22:00

Kurs iştirakçılarına biz improvizasiya və performativ dilin öyrənilməsinə həsr olunmuş iki əlavə gündüz məşğələləri də təklif edirik:

Gündüz məşğələləri: 19, 21 oktyabr
Saat: 15:00-17:30

Məkan: YARAT Mərkəzi, çoxfunksiyalı zal

COVID pasportu tələb olunur
Qeydiyyat üçün: https://cutt.ly/jBcKnwp
Daha ətraflı məlumat üçün: +99450 246 92 92


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az