Çərşənbə, 13 Avqust, 2025

“Data analitik” vakansiyası


  • Dərc edildi: 23 May, 2023 - 11:38
“Data analitik” vakansiyası

“Agrarco” MMC “Data analitik” vakansiyasını elan edir!
Namizədə dair tələblər:
·       Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
·       Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
·       ERP bazasında (1C, SAP və s. kimi) iş təcrübəsi;
·       Layihələrin idarəedilməsi üzrə sertifikasiya üstünlükdür;
·       Öz işinin peşəkarı olmalı və şirkətdən kənar yad insanlarla işləyərkən şirkətin maraqlarını qorumalı;
·       Hesabatların hazırlanması və uğurlu təqdimat bacarığı;
·       Yalnız və komanda ilə effektiv işləmə, güclü ünsiyyət, planlama bacarıqları;

Vəzifə öhdəlikləri: 
·       Qısa və uzun müddətli əməliyyat proqnozlarının hazırlanması və planlaşdırılması;
·       Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
·       Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi;
·       Rəqabət mühitinin təhlil edilməsi;
·       Mövcud proseslərin optimallaşdırılması, təhlili və təftişi;
·       Yazılı texniki və funksional sənədlərin hazırlanması;
·       Data Governance strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Hesabatlar, Modellər, Panellər) mürəkkəb arxitekturanın yaradılması və optimallaşdırılması;
·       “Master Data Management” məlumatların müəssisə daxilində əlaqələndirilməsini təmin edən texnologiya, alətlər və proseslərin tətbiqi və daimi inkişaf etdirilməsi;
·       Əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdə həftəlik istehsal həcminin, istifadə olunan xammal, mal-materiallar, enerji reursları və müxtəlif ləvazimatların sərfiyyatının yoxlanılması, hesablanması, təhlil edilməsi və əməliyyatların operativ monitorinq cədvəli sistemində uçotunun aparılması və davamlı nəzarət təmin edilməsi;
·       Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası.
·       İstehsalatın gedişatının əməli uçotunun təşkil edilməsi və məlumatların toplanması;
·       Əməliyyat departamentinin fəaliyyəti ilə kəsişən proseslərin təhlil edilməsi, müəyyən edilmiş uyğunsuzluqlar/boşluqlar haqqında birbaşa rəhbərinə dolğun məlumatların təqdim edilməsi;
·       Müəssisənin inkişaf perspektivlərinin yüksəldilməsi, genişlənmə layihələrində fəal iştirak edilməsi.
 
İş şərtləri:
·       İş yeri: Port Baku, Mərkəz ofis.
·       İş saatları: 09:00 -18:00
·       Nahar fasiləsi: 13:00 -14:00
·       istirahət günü: Şənbə və bazar

Əlavə təminatlar:
·       Korporativ nömrə və danışıq limiti
·       Tibbi sığorta (özü və ailə üzvləri üçün)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Data analitik" yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6394
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1384
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 538
“İnnovativ məktəb” l...