reklam

Dijital marketinq mütəxəssisi vakansiyası

Müraciət tarixi: 16/12/2022 - 15/01/2023

İş yeri: Baş ofis

Vəzifə: Dijital marketinq mütəxəssisi

 

ƏSAS FUNKSİYALAR

Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal marketinq taktikalarından istifadə etməklə müştəri bazasının artırılmasına məsuliyyət daşıyacaq. Bu rol müştəri müraciətlərinin sayını artırmaq və onları real müştəriyə çevirmək məqsədli rəqəmsal marketinq kampaniyalarının eləcə də, sosial medya, websayt və axtarış strategiyasının, hazirlanmasına və icrasina cavabdeh olacaq.

RƏQƏMSAL MARKETINQ

ƏSAS VƏZIFƏLƏR

  • Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
  • Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
  • Rəqəmsal marketinq təqvimini idarə etmək;
  • Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
  • Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
  • Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
  • Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

 TƏLƏB OLUNAN BACARIQLAR:

  • Marketinq, kommunikasiya, informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
  • Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights, Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
  • Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
  • SEO/SEM biliyi tələb olunur;
  • Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Onlayn media planlaşdırmasının əsas ölçülərini anlamaq;
  • Ofis proqramlarında müstəqil işləmək bacarığı;
  • Əla analitik və təşkilatçılıq bacarığı.
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
  • Azərbaycanın regionlarına səyahət etmək imkanı;
  • Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)

 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  15 Yanvar, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

Onlayn Ərizə forması



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az