Milli Aviasiya Akademiyası Tədris şöbəsinə “Böyük dispetçer” və “Dispetçer” vakansiyaları üzrə müsahibə elan edir

Milli Aviasiya Akademiyası Tədris şöbəsinə “Böyük dispetçer” və “Dispetçer” vakansiyaları üzrə müsahibə elan edir

 

Vəzifə öhdəlikləri:

  • Dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət, ixtisaslaşmış auditoriya, tədris-laboratoriya və təlim-trenajor fondunun uçotu və bölgüsü;
  • MAA-nın struktur bölmələri ilə tədris prosesinə aid işlərin qarşılıqlı əlaqədə təşkili və yerinə yetirilməsi;
  • İmtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvinin təşkili;
  • Bakalavr buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı təşkilati işlərin görülməsi;
  • İcra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;

 

Tələblər:
 

  • “Təhsil haqqında”, “Elm haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları üzrə biliklər;
  • Elm və təhsil sahələrinə dair Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə biliklər;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları üzrə biliklər;
  • Azərbaycanın Aviasiya Qaydaları üzrə biliklər;
  • İCAO-nun aidiyyəti əlavələri, qaydaları, tövsiyə etdiyi təcrübə, ali məktəb pedaqogikası və psixologiyası üzrə biliklər;
  • Tədrisin təşkili qaydaları üzrə biliklər;
  • Tələbələrlə davranış qaydaları üzrə biliklər;
  • Tələbələrlə işin psixoloji xüsusiyyətləri üzrə biliklər
  • Minimum təhsil dərəcəsi: Ali;
  • Təhsil istiqaməti/ixtisası: İstənilən (tədris və təlim istiqamətli ali təhsilin olması arzuolunandır);
  • Yaş: 25-30 yaş;
  • İş təcrübəsi: tələb olunmur.

 

Fərdi keyfiyyət göstəriciləri:

  • Koordinasiya etmə bacarığı;
  • Tədris planları və proqramlarla işləmək bacarığı;
  • Təşəbbüskarlıq və tələbkarlıq;
  • İntizamlılıq;
  • Vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı;
  • Nəticəyönümlülük və dəqiqlik.

 

Dil və kompüter bilikləri:

  • Azərbaycan dili – əla, rus dili – yaxşı;
  • MS Excel, Power Point, Word proqramlarda işləmək bacarığı.

 

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Tərcümeyi-hal (CV – şəkilli, Azərbaycan dilində);
  • Ali təhsil diplomunun surəti;

 

Əlavə məlumatlar:

  • Ofisdaxili;
  • İş qrafiki: I-V günlər, 08:30-17:00;
  • Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045.

 

Vakansiyaya son müraciət tarixi: 02.02.2025

Namizədlər tələb olunan sənədləri [email protected]  e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə “Böyük dispetçer” və ya “Dispetçer” qeyd olunması mütləqdir).

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az