Çərşənbə, 21 May, 2025

“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyat başladı


  • Dərc edildi: 28 Oktyabr, 2022 - 21:24
“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyat başladı

XTG2022 üçün geri sayım başlasın! 

Böyük səbirsizliklə gözlədiyiniz, gəncliyimİZ üçün xüsusi missiyalı “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyatı açıq elan edirik! 

 Əgər sən də ehtiyatda olan peşəkar XTQ zabitlərinin iştirakı ilə simulyativ hərbi əməliyyat proqramı əsasında keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyünü artırmaq və nəhayət əzmkar ruhlu yeni dostlar qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma!

 Zəfər Gününə həsr olunan düşərgə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 6 - 10 noyabr tarixlərində Qax rayonunda, füsünkar təbiət qoynunda keçiriləcəkdir.

 Düşərgədə yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı, sağlamlığı yerində olan gənclər iştirak edə bilər (həqiqi hərbi xidmət keçmiş bəylər iştirak edə bilməz).

 Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 2 doza olmaqla) və ya yararlı immunitet sertifikatı mütləqdir.

 Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar.

 Qeydiyyat üçün link : http://bit.ly/XTG2022

 Son müraciət tarixi: 30.10.2022, 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Şirvan STEAM Mərkəzinə vakansiya elan olunur
20 May, 2025 - 23:00 169
Şirvan STEAM Mərkəzi...
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə
20 May, 2025 - 17:33 1306
Müəllimlərin işə qəb...
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir!
20 May, 2025 - 17:05 396
Təhsil İnstitutu yen...