Milli Aviasiya Akademiyası Tədris şöbəsinə “Metodist” vakansiyası üzrə müsahibə elan edir

Milli Aviasiya Akademiyası Tədris şöbəsinə “Metodist” vakansiyası üzrə müsahibə elan edir

 

Vəzifə öhdəlikləri:

  • MAA-nın fakültələrində, kafedralarında, institut və mərkəzlərində tədris prosesinin və tədris-metodiki işlərin planlaşdırılması, yerinə yetirilməsinin təşkili və icrasına nəzarət;
  • MAA-nın ixtisaslarının tədris planlarının Dövlət Təhsil Proqramlarına uyğunluğunun təmin edilməsi, ixtisasların tədris planlarının yoxlanılması, tədris sənədlərinin hazırlanması;
  • Tədris prosesinin təhsil proqramlarına və normativ sənədlərə uyğun təşkili, idarə olunması və yerinə yetirilməsinə nəzarət;
  • Fakültə və kafedralar tərəfindən tədris sənədlərinin, metodik materialların, dərs vəsaiti və dərsliklərin hazırlanmasının təşkili və yerinə yetirilməsinə nəzarət;
  • Fakültə və kafedralar tərəfindən elektron tədris resurslarının, təlim materiallarının, virtual laboratoriyaların və dərslərin, məsafədən tədrisin, online tədris kurslarının və s. yaradılmasının təşkili və yerinə yetirilməsinə nəzarət;
  • Tədris ili üçün dərs yükünün planlaşdırılması, bölgüsü və yerinə yetirilməsinə nəzarət.

     

Tələblər:
 

  • “Təhsil haqqında”, “Elm haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları üzrə biliklər;
  • Elm və təhsil sahələrinə dair Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə biliklər;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları üzrə biliklər;
  • Azərbaycanın Aviasiya Qaydaları üzrə biliklər;
  • İCAO-nun aidiyyəti əlavələri, qaydaları, tövsiyə etdiyi təcrübə, ali məktəb pedaqogikası və psixologiyası üzrə biliklər;
  • Tədrisin təşkili qaydaları üzrə biliklər;
  • Tələbələrlə davranış qaydaları üzrə biliklər;
  • Tələbələrlə işin psixoloji xüsusiyyətləri üzrə biliklər;
  • Minimum təhsil dərəcəsi: Tam ali, magistr;
  • Təhsil istiqaməti/ixtisası: İstənilən (tədris və təlim istiqamətli ali təhsilin olması arzuolunandır);
  • Yaş: 25-40 yaş;
  • İş təcrübəsi: ən azı 5 il pedaqoji staj.

     

Fərdi keyfiyyət göstəriciləri:

  • Koordinasiya etmə bacarığı;
  • Tədris planları və proqramlarla işləmək bacarığı;
  • Təşəbbüskarlıq və tələbkarlıq;
  • İntizamlılıq;
  • Vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı;
  • Nəticəyönümlülük və dəqiqlik.

     

Dil və kompüter bilikləri:

  • Azərbaycan dili – əla, rus dili – yaxşı.
  • MS Excel, Power Point, Word proqramlarda işləmək bacarığı.

 

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Tərcümeyi-hal (CV – şəkilli, Azərbaycan dilində);
  • Ali təhsil diplomunun surəti.

     

Əlavə məlumatlar:

  • Ofisdaxili
  • İş qrafiki: I-V günlər, 08:30-17:00;
  • Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

     

Vakansiyaya son müraciət tarixi: 02.02.2025

Namizədlər tələb olunan sənədləri [email protected]  e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə “Metodist” qeyd olunması mütləqdir).

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az