Şənbə, 19 İyul, 2025

“CyberCamp 2024” ÖDƏNİŞSİZ tələbə yaz düşərgəsinin növbəti mövsümü başlayır


  • Dərc edildi: 22 Fevral, 2024 - 22:56
“CyberCamp 2024”  ÖDƏNİŞSİZ tələbə yaz düşərgəsinin növbəti mövsümü başlayır

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda  “CyberCamp 2024” tələbə yaz düşərgəsinin növbəti mövsümü başlayır! 
 

Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır. 
 

“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:

  • Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);
  • Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;
  • Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;
  • Kriptoqrafiyaya aid tapşırıqlar.

Yay düşərgəsində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

  • Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;
  • Qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.

Düşərgədə iştirak etmək istəyən namizədlər 15 mart 2024-cü il tarixinədək qeydiyyatdan keçməli və kibertəhlükəsizlik üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində (tarix barədə öncədən məlumat veriləcək) iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq. 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 2012
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 852
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 169
Bu gündən tələbələri...