Cümə, 15 Avqust, 2025

Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır


  • Dərc edildi: 22 Fevral, 2024 - 22:07
Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır

Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır. Ali təhsil ocaqlarında iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Azərbaycan dili (əla)
-İngilis dili (əla)
-Rus dili (yaxşı)

Ümumi vəzifə öhdəlikləri:
-Mövcud proqramlar və əməkdaşlıq müqavilələri çərçivəsində BANM-ə əcnəbi vətəndaşların təhsil almaq üçün cəlb edilməsi və onların universitetdə tədrisinin təşkili üçün müvafiq tədbirlərin görülməsi;
-Müvafiq təhsil mübadilə proqramlarının koordinasiya edilməsi;
-Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə, eyni zamanda, ölkəmizin xarici ölkələrdəki səfirliklər ilə işin təşkili və koordinatorluğu;
-Mövcud təlimatlara əsasən, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və digər əlaqədar strukturlarla işlərin həyata keçirilməsi;
-Xarici və yerli tərəfdaş müəssisələrlə yazışmaların aparılması və müvafiq fəaliyyətlərin koordinasiya edilməsi;
-BANM rəhbərliyi və nümayəndələrinin yerli və beynəlxalq tədbirlərdə iştirakı zamanı zərurət yarandığı təqdirdə onları müşayiət edilməsi və şifahi ünsiyyəti dəstəkləməsi;
-Müvafiq görüşlər və tədbirlər zamanı xarici tərəfdaşlarla sinxron tərcümə və şifahi ünsiyyəti təmin edilməsi;

Tələblərə uyğun namizədlər CV-ləri həm Azərbaycan, həm də ingilis dillərində “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6541
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1481
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 578
“İnnovativ məktəb” l...